1. Telefonun orijinal olub-olmadığını necə yoxlamaq olar?
Siz özünüzə telefon almaq və ya artıq əldə olunmuş telefonun orijinal olub-olmadığını yoxlamaq niyyətindəsiniz? Yoxlamanın mərhələli alqoritmini diqqətlə oxuyun.
İlk növbədə, bunu bilmək lazımdır ki, hər telefonun proqram təminatında qeyd olunmuş öz təkrarolunmaz IMEI kodu vardır. Yoxlamaq üçün *#06# yığın. Displeydə IMEI görünəcək. O, telefonun qutusunda olan stikerdə, həmçinin telefonun içində, batareyanın altındakı stikerdə qeyd olunmuş kodla eyni olmalıdır.
Siz Nokia qaynar xəttinə (+994 12) 437 44 00 zəng edib bu IMEI kodlu telefonun Nokia-nın orijinal məhsulu olub-olmadığını yoxlaya bilərsiniz. Əgər dediyiniz kod bizim məlumat bazamızda qeyd olunmayıbsa, bu koda istehsalçı zəmanəti şamil olunmur.
Azərbaycan ərazisinə gətirilən bütün mobil qurğuların kodları RƏSMİ olaraq, müntəzəm surətdə Nokia-nın məlumat bazasına daxil edilir. Bununla bərabər, Siz yoxlamaq üçün Nokia qaynar xəttindən (+994 12) 437 44 00 (şəhər telefonundan pulsuz zəng) istifadə edə bilərsiniz. IMEI kodu operatora söyləyin. Əgər dediyiniz kod bizim məlumat bazamızda qeyd olunmayıbsa, o zaman bu, rəsmi olaraq idxal edilmiş Nokia məhsulu deyil.
IMEI kod üzrə yoxlamaya başlamazdan öncə, Sizdən telefonun zahiri görünüşünə diqqət yetirməyi xahiş edirik. Amma yadda saxlamaq lazımdır ki, bu, yalnız ilkin yoxlamadır.
Birincisi, zahiri görünüşü Nokia-nın rəsmi saytında təqdim olunan nümunələrə uyğun gəlirmi? Çox vaxt saxta telefonların dizaynı orijinalından fərqlənir. Eyni zamanda, saxta telefonların yığılma keyfiyyətində də aydın zahiri nöqsanlar ola bilər.
Nəzərinizə çatdırmaq istəyirik ki, PCT (Rostest) nişanı həm orijinal, həm də qeyri-orijinal telefonlarda ola bilər. Beləliklə, PCT nişanı Azərbaycan ərazisində orijinallığı yoxlamaq üçün fərqləndirici element hesab edilmir.
Orijinal *ağ* telefonda nələr OLMAMALIDIR:
1. Xarici dildə (ingilis və rus dillərindən başqa) yazılan hərfləri olan klaviatura
2. Telefonun menyusunun dil bölməsində - qeyri-avropa ölkələrinin dilləri (məsələn, ərəb, ivrit, çin və s.)
3. İstehsalçının loqotipindən savayı korpusun üzərində əlaqə operatorunun loqotipi (məsələn, Vodafone, Verizon, Orange, T-mobile və s.)
4. Telefonu qoşduqda operatorun reklamının və ya başlanğıc şəklində loqotipin olması
Üçüncüsü, Rus və ya Azərbaycan dilində telefonun təlimatının olmasında əmin olmaq lazımdır. Bununla bərabər, Nokia korporasiyası sizə çatdırmaq istəyir ki, telefonun rəsmi nöqtələrdən alınması Sizin təhlükəsizliyinizi təmin edir. Sertifikatlaşdırılmamış, saxta batareyalı telefonun alınması Sizin sağlamlığınıza zərər yetirə bilər. Nokia alıcıların yalnız sertifikatlaşdırılmış məhsulları əldə etmələrində olduqca maraqlıdır. Çünki bu, nəinki telefonun uzunmüddətli və keyfiyyətli işləməsini, rahat istifadə və zəmanət servisi, həm də istifadəçilərin təhlükəsizliyini təmin edir.
2. Yeni Nokia telefonlarının satışa çıxması haqqında necə öyrənmək olar?
Nokia məhsullarının satışda olması barədə ən dəqiq məlumatı Nokia-nın yerli rəsmi satış nöqtələrindən əldə edə bilərsiniz.
Sizə ən yaxın pərakəndə satış nöqtəsini Mağazalar bölməsində tapa bilərsiniz.
3. Nokia məhsullarının qiymətləri barədə məlumatı haradan əldə etmək olar?
Qiymətlər barədə məlumatı Nokia-nın yerli rəsmi satış nöqtələrindən əldə edə bilərsiniz.
Sizə ən yaxın pərakəndə satış nöqtələsini Mağazalar bölməmizdən tapa bilərsiniz.
4. Mənim Nokia telefonumla hansı aksesuarlar (qarnitur, batareya və s.) uyğundur?
Telefonunuz üçün uyğun aksesuarların siayhısını modelinizə həsr edilmiş internet səhifələrində tapacaqsınız.
Aksesuarlar bölməsində telefonunuzun modelini seçin.
Telefonunuzun modelinin nömrəsi telefonun içindəki stikerdə çap olunub. Misala bax.
5. Mənim Nokia telefonumla hansı avtomobil dəstləri uyğundur?
Telefonunuz üçün uyğun avtomobil dəstlərinin siayhısını bu modelə həsr edilmiş internet səhifələrində tapacaqsınız.
Aksesuarlar bölməsində telefonunuzun modelini seçin.
Telefonunuzun modelinin nömrəsi telefonun içindəki stikerdə çap olunub. Misala bax.