Nokia məhsulları və xidməti ilə əlaqəli hansısa bir sualınız yaranarsa, qaynar xəttə zəng edin. Operatorlarımız məmnuniyyətlə sizə lazım olan məlumatı verəcəklər. Xidmətimizlə mümkündür:
Telefonunuzun sertifikatlaşdırılmış olub-olmadığını aydınlaşdırmaq üçün siz qaynar xətt operatoruna IMEI şifrəsini (telefon qutusunun üzərindəki və ya batareyanın altındakı etiketdə 15 rəqəmli şifrə. Həmçinin *#06# yığmaqla şifrə displeydə əks olunur) söyləməlisiniz. Əgər söylədiyiniz şifrə bizim məlumat bazamızda yoxdursa, deməli sizin telefonunuz Nokia şirkətinin məhsulu deyil.
Nokia korporasiyası sizi Nokia-nın rəsmi satış nöqtələrindən telefon almaqla təhlükəsizliyinizi təmin etməyə çağırır. Saxta batareyalı sertifikatlaşdırılmamış telefonların alqısı sağlamlığınız üçün təhlükə yarada bilər. Nokia şirkəti alıcıların yalnız sertifikatlaşdırılmış məhsul alması marağındadır. Bu yalnız telefonların uzunmüddətli və keyfiyyətli işini deyil, həmçinin istifadəçilərin təhlükəsizliyini təmin edir.
Saxta batareyalar və başqa istehsalçıların aşağıkeyfiyyətli batareyaları istifadəçi üçün potensial təhlükə yaratdığı üçün Nokia öz alıcılarına aşağıdakı qaydalara riayət etməyi məsləhət görür: yalnız Nokia telefonlarının tədarük dəstindəki orijinal batareyalardan istifadə etmək, yalnız Nokia-nın rəsmi dilerlərindən yeni batareyalar əldə etmək, müvafiq məhsul qablaşdırılması olmayan batareyaların alqısından uzaq durmaq, həmçinin çox ucuz batareyalar almamaq.
Nokia mütəxəssislərinin rəyini öyrənmək üçün xüsusi formadan istifadə edərək suallarınızla müraciət edin.
Xəttin iş saatı: 9:00-19:00, həftəiçi hər gün.
Nokia-nın qaynar xəttinin telefon nömrəsi: (+994 12) 437 44 00