Nokianın xidmətləri sayəsində ətrafda baş verənləri izləyə biləcəksiniz. Maraqlı hadisələrdən xəbərdar olun və hər şeyin ən yaxşısını (kafe, dükan, baxmalı yerlər və s.) tapın. Trip Advisor və Lonely Planet mütəxəssislərinin tövsiyəsi ilə dünya üzrə milyonlarla obyekt. Dəstə telefonun bütün iş müddəti ərzində ardıcıl səs təlimatları da daxil olmaqla pulsuz piyada və avtomobil naviqasiyası əlavə olunur.


Nokia dükanında istənilən hadisə, o cümlədən səyahət, biznes və əyləncəyə uyğun olan proqramlar var. Yəni həyatı yaxşılaşdıran ya da sadəcə daha şən edən proqramlar. Hər cür zövqə uyğun gələn xeyli sayda əla mövzu, zəng və video. Proqram və oyunların siyahısı hər gün təzələnir.


Nokia mağazasından tövsiyə olunan proqramlar


Eurovisonland.com


Azeri Kizi Gunel theme


Новости – вестник Кавказа


Ebru Gundesh singer from Azerbaijan; local theme


Day.az


Roya Aikhan theme

Dost və həmkarlarınızla hər yerdən ünsiyyət qurun. Lazım gəldikdə bütün iş və şəxsi ismarışlarınız ekrana çıxarılır, siz də daim işin içində ola bilirsiniz. Telefonunuz Yahoo!® Mail, Gmail™, Windows Live™ Hotmail, Microsoft Outlook və bir çox digər elektron poçtların hesablarına daxil olmağa imkan verir. Bununla bərabər birbaşa olaraq telefon və ya kompüterdən Nokia Poçtunda pulsuz hesab açdırmaq olar.


Indi daim xətdə olmaq heç vaxt olmadığı qədər asandır. WindowsLiveMessenger™, Yahoo!® Messenger, GoogleTalk™ və MicrosoftCommunicatorMobile ani ismarış mübadiləsi sistemlərində eyni vaxtda bir neçə çatınız olsun və onları bircə toxunuşla dəyişin. Internetdə olanları müəyyənləşdirin, dostlarınızla əlaqə saxlayın, görüş təyin edin ya da sadəcə xəbərləşin.


Müasir həyatın sürətinə uyğunlaşın. Bütün təqvimləriniz, işlərinizin siyahısı və qeydləriniz həm telefon həm də kompüterinizdə sinxronlaşdırılır. Yeni hadisələri rahat əlavə edin, paylaşın və qarşıdakı həftəyə işlərinizi planlaşdırın. Ictimai təqvimlərə daxil olmaqla ətrafınızda baş verənləri öyrənin.


Əlaqələr, ismarışlar, fotolar və s. qorumaq və aktual saxlamaq üçün telefondan kompüterə və geriyə ötürün. Kompüterinizdə Nokia Suite olduğu təqdirdə şəhərlərin pulsuz xəritəsini yükləməklə məlumatötürmədə qənaət edə bilərsiniz. Telefonunuzu daha sürətli, ağıllı və sadə edən edən son proqram yeniləmələrini və əlavə proqramları alın.


Naqilsiz rabitə kanalları ilə proqram, musiqi və digər faylları yükləmək üçün böyük həcmdə məlumatların ötürülməsi tələb oluna bilər. Şəbəkə operatoru məlumatların ötürülməsi üçün ödəniş tələb edə bilər. Konkret məhsul, xidmət və funksiyaların mövcudluğu və çatımlılığı bölgədən asılı ola bilər. Dil versiyaları da daxil olmaqla əlavə məlumat üçün yaxınlıqdakı Nokia dükanına müraciət edə bilərsiniz. Bu göstəricilər xəbərdarlıq edilmədən dəyişdirilə bilər.