Məhdud sayda buraxılan Nokia Oro smartfonları ilə unudulmaz təsir bağışlayın. 18 karatlıq qızıl suyu, zərif dəri ilə işlənmə, sapfir kristalı bəzədilən ilkin vəziyyətə qayıtma düyməsi sensor ekranlı bu müstəsna telefonu üslub və gözəllik təcəssümünə çevirir. Şüşə AMOLED-displey yüksək keyfiyyətli video və sevimli saytlarınızdan rahat həzz almağa imkan verir.
Mükafatlara layiq görülən simsiz nadir qarniturun qüsursuz səsindən həzz alın. Qəşəngliyi və yığcamlığı ilə seçilən, müstəsna material və paslanmayan tutqun poladdan hazırlanan simsiz Nokia J qarnituru 18 karatlıq qızıl suyuna çəkilib. Qoşma-qulaqcıqların xüsusi quruluşu, səsin ucalığının avtomatik tənzimlənməsi və küyü boğma funksiyaları istənilən şəraitdə yüksək keyfiyylətli səs təmin edir.
Məşhur proqramların bir çoxu Nokia Oroya artıq yüklənib, məsələn Facebook və Twitter, biznes proqramları, xəritələr və s. Amma bu hələ heçnədir. Ovi mağazasında zəngin çeşid təqdim olunur: səyyahlar üçün əlavələrdən tutmuş gözəllik və sağlamlığa dair yeniliklərə qədər. Yeni proqramlar Ovi mağazasına hər gün gəlir. Həyatınızı bir qədər yaxşılaşdıran və sadələşdirən, həmçinin son hadisələrdən xəbərdar edən proqramlar.
Ovi mağazasına keç
Bundan sonra siz əla şəkil çəkmək imkanını buraxmayacaqsınız – Nokia Oronun 8 Mpiks kamerası qüsursuz nəticəyə təminat verir. HD formatında video çəkib AMOLED ekranda ləzzətlə tamaşa edin. Qalereyadan isə elektron poçt ilə hazır faylları göndərə və ya onları birbaşa olaraq Facebook yaxud Twitter sosial şəbkələrinə yükləyə bilərsiniz.
Smartfon elektron poçt və sosial şəbəkə müştərilərilə təçhiz edilib. Şəxsi və iş elektron poçtunun ismarışları birbaşa olaraq telefonunuzun ekranına çıxacaq. Bundan savayı Facebook və Twitterdəki yenilikləri 24 saat ala biləcəksiniz. Sadəcə olaraq özünüzə lazım olanı seçin.
Nokia Oro sayəsində həyatınızda baş verənlər haqqında danışa biləcəksiniz. Əvvəlcədən yüklənmiş proqramlar asan xəbərləşmək, həm də statusunuzu və sosial şəbəkələrdə mövcudluğunuza dair məlumatları yeniləməyə imkan verir. Yerləşdiyiniz məkan haqqında məlumat vermək və dostlarınızla görüşmək üçün Ovi Xəritələrindən istifadə edin. ən yaxşı şəkillərinizi və videolarınızı paylaşmaq üçün onları sadəcə Facebook və Twitterə yükləyin.