İfadəli dizayn, korpusboyu displey

Sadəcə gözəl

Korpus boyu displeyi olan nadir smartfon təqdim edirik. Telefonun hamar korpusunu ekranin cızmaya davamlı şüşəsi tamamlayır. Hər bir hissəsində yenilik var. Parlaq AMOLED displeyin üzərində hər şey həqiqi görünür, şüşənin girdə kənarları isə sensorlu ekranda proqramlar arasında toxunuşla keçidi asanlaşdırır.

Смартфон Nokia N9 с сенсорным AMOLED-экраном

Telefonun funksiyalarına sadə sensorlu giriş

Telefondan daha rahat istifadə yolu

Sadəcə barmağınızla keçin. Bu sadə ideya telefonun imkanlarına daha da rahat daxil olmağa imkan verir. Ilkin vəziyyətə qayıtmaq üçün geriyə düyməsinə ehtiyac qalmır. Barmağınızla ekranın istənilən kənarından keçin və ilkin vəziyyətə qayıdıb üç iş masası arasında gəzişin.

Смартфон Nokia N9: переходите от одного приложения к другому, проводя пальцем по экрану

Üç iş masası

Bunu necə etməli

Bütün ləvazimatla təçhiz olunmuş üç iş masası. Sizə artıq tanış olan “Proqramlar” ekranında yeni məşquliyyət tapın, yaxud açıq proqramlar arasında gəzişmək üçün “Açıq proqramlar” ekranına keçin – işinizi dayandırdığınız yerdən davam edin. “Hadisələr” ekranında hazirda dünyada baş verənləri izləyə bilərsiniz. Facebookdakı yeniliklər, tvitlər, elektron poçt, digər xəbərdarlıqlar – hamısı real rejimdə, bir yerdə.

Смартфон Nokia N9 с тремя простыми рабочими столами

Növbəti nəsil brauzeri

Saytlara sürətli və rahat baxış

Daha çox iş çatdır. Nokia N9 – telefonunuzun ekranına səhifələri bir anda yükləyən sürətli mobil brauzer. HTML5 sayəsində multimedia prqoramları və videonümayişə sürətlə başlanılması da daxil olmaqla internetdən tam yararlanırsınız. Bütün əməliyyatlar ləngiməsiz icra olunur, həm də bu telefonda eyni vaxtda bir necə səhifə açıb birindən digərində sürətlə keçmək mümkündür.

Смартфон Nokia N9 с быстрым мобильным браузером

Carl Zeiss optikalı 8 Mpiks kamera

Yüksək keyfiyyət formatında hər şey daha yaxşı görünür

Qəşəng görüntü çəkmək imkanı qəfil də çıxa bilər. Carl Zeiss obyektivli 8 Mpiks kamera nadir hadisə və ya filmi əla keyfiyyətlə çəkə bilər. Genişbucaqlı obyektiv daha çox dosta çatar – sadəcə fokusu tuşlayıb çəkin. İnternetlə bir an içində şəkilləri paylaşın və ya NFC funksiyası vasitəsilə dərhal və birbaşa olaraq yaxınlıqdakı digər telefona qoşulun.

Смартфон Nokia N9 с камерой 8 Мпикс и функцией записи видео в формате HD

Ən yaxşı proqramlar və oyunlar

Əvvəlcədən yüklənmiş əvəzolunmaz proqramlar

Zamanımızda əlavə prqoramsız iş getmir. Ancaq onların keyfiyyəti sayından daha önəmlidir. Nokia N9-un dəstinə yüksəkkeyfiyyətli proqramlar, o cümlədən Skype, Facebook, Twitter, Accuweather və AP Mobile daxildir. Üstəgəl sizi heç vaxt darıxmağa qoymayan Angry Birdsün tam versiyası, həm də ki, Ovi mağazasından digər proqram və oyunları əldə etmək imkanı.

Ovi mağazasında keç
В смартфоне Nokia N9 предустановлены лучшие приложения и игры

Naqilsiz rabitə kanalları ilə proqram, musiqi və digər faylları yükləmək üçün böyük həcmdə məlumatların ötürülməsi tələb oluna bilər. Şəbəkə operatoru da məlumatların ötürülməsi üçün ödəniş tələb edə bilər. Konkret məmulat, xidmət və funksiyaların mövcudluğu və çatımlılığı bölgədən asılı ola bilər. Dil versiyaları da daxil olmaqla əlavə məlumat üçün yaxınlıqdakı Nokia dükanına müraciət edə bilərsiniz. Bu göstəricilər xəbərdarlıq edilmədən dəyişdirilə bilər.