Nokia 701 - üslub və əla istehsal gücü mücəssəməsidir. Paslanmayan poladdan hazırlanan qəşəng atlas teksturlu korpusun yüksək keyfiyyətindən həzz alacaqsınız. 3,5 düymlük sensorlu ultra-parlaq Clear Black displeyi görüntünü istənilən bucaqdan, küçədə olsanız belə inanılmaz keyfiyyətdə nümayiş etdirir. İçərisində isə 1 HHs-lik prosessor və 40 GB qədər genişləndirilmək imkanı olan 8 GB yaddaş.
Hər şey burada baş verir. Təzə dizayn və bütün vacib funksiyalara sürətli keçid, dostlarla ünsiyyət, Facebookda ismarış göndərmək və onlara baxış, musiqi dinləmə və digər imkanlı 6 yeni iş masası. Onların görünüşünü siz müəyyənləşdirəcəksiniz. İş masasının divar kağızlarını dəyişin və sevimli proqramlarınızın yarlıqlarını əlavə edin. Eelektron poçt və radioya girmək üçün əla yeni vicetlər əlavə edə bilərsiniz - birbaşa olaraq iş masasından idarə edilən mini-proqramlar.
NFC funksiyası sadə informasiya mübadiləsi və simsiz qoşulmaq imkanı. Maraqlı foto yaxud videonu dostunuzla paylaşmaq üçün NFC funksiyası olan digər telefona sadəcə toxunmaq lazımdır. NFC funksiyasını dəstəkləyən dinamik yaxud Nokia BH-505 Bluetooth kimi aksessuarlara da bir andaca qoşulmaq mümkündür. Bircə toxunuş - və siz xətdəsiniz.
Videoya bax
Nokia xəritələri sayəsində ətrafda baş verənləri dəqiq bilirsiniz. Şəhərinizdə olanların ən yaxşısını bir anda tapacaqsınız - ən yaxın kafe, mağaza, teatrlar və s. TripAdvisor və Lonely Planet mütəxəssisl\rinin məsləhətlərilə bütün dünya üzrə milyonlarla obyekt, üstəgəl dəyərləndirmə və şərhlər. Ən yaxşısı isə odur ki, Nokia 701 smartfonu addımbaşı səs bələdçili pulsuz piyada və avtomobil yönləndirmə sistemilə təçhiz olunub.
Nokia xəritələrinin köməyilə internetdə səyahətini planlaşdır
Bir çox məşhur proqramlar Nokia 701-ə artıq əvvəlcədən yüklənib - Facebook və Twitter üçün, biznes-proqramlar, xəritələr və s. Amma bu hələ harasıdır. Nokia Mağazasında geniş çeşid təqdim olunur - səyyahlar üçün proqramlardan tutmuş ismarış mübadiləsi proqramları və oyunlaradək. Yeni proqramlar Nokia Mağazasına hər gün gəlir. Onların hesabına həyat daha bir qədər də yaxşılaşır, sadələşir vədaha maraqlı olur.
Nokia Mağazasına keç
Shazam
Music
Four Square
Social Networks
Action
Utilities
Spotify
Music
Swype
Utilities
Simsiz rabitə kanalları vasitəsilə proqramların, musiqi və digər faylların yüklənməsi üçün böyük həcmdə məlumatların ötürülməsi tələb oluna bilər. Şəbəkə operatoru da məlumatların ötürülməsi üçün ödəniş tələb edə bilər. Konkret məmulat, xidmət və funksiyaların mövcudluğu və çatımlılığı bölgədən asılı ola bilər. Dil versiyaları da daxil olmaqla əlavə məlumat üçün yaxınlıqdakı Nokia dükanına müraciət edə bilərsiniz. Bu göstəricilər xəbərdarlıq edilmədən dəyişdirilə bilər.